Dünya

İsrailin keçmiş baş naziri qarşıdurmaya son qoymağın şərtlərini açıqladı

12 Dekabr 2023 08:54
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzza zolağında münaqişə yalnız bütün yaraqlılar, xüsusən də Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyi öldürüldükdən və ya əsir götürüldükdən sonra bitəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet "NBC News"a müsahibəsində deyib.

"Birincisi, bu, bütün yaraqlıların, xüsusən də HƏMAS rəhbərliyinin ya öldürülməsi, ya da ələ keçirilməsi ilə başa çatacaq, ikincisi, onları sərhədimizdən uzaqlaşdırmaq üçün Qəzzanın təxminən 1,5 km dərinliyində təhlükəsizlik bufer zonası yaradılacaq", - deyə o qeyd edib.

Bennet həmçinin qeyd edib ki, heç bir israilli fələstinlilərin həyatına nəzarət etmək arzusunda deyil.

"Düşünürəm ki, düzgün iş, daimi bir strukturu işə salana qədər sektoru bir neçə il idarə etmək üçün səlahiyyətli insanlardan ibarət müvəqqəti texnokratik hökumət yaratmaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.