Dünya

Qərargah rəisi Rusiya ilə müharibəni istisna etmədi

11 Dekabr 2023 22:38
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə gərginliyin artması fonunda münaqişə yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir:

"Hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar. Rusiya həqiqətən də görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Söhbət hansısa bəyannamədən getmir. O, həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir".

O, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.