Dünya

Ağır yol-nəqliyyat hadisəsində 8 nəfər öldü

10 Dekabr 2023 12:09
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobilin yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza bazar günü gecə Uttar Pradeş ştatının Bareyli-Naynital magistralında baş verib.

Polisin məlumatına görə, qohumunun toyuna gedən yeddi böyük və bir uşağı daşıyan nəqliyyat vasitəsi yolun qarşı tərəfinə çıxaraq yük maşını ilə toqquşub. Nəticədə avtomobil yanıb, toqquşma nəticəsində qapılar sıxılıb, onları açmaq və insanları xilas etmək mümkün olmayıb.

Yük maşınının sürücüsü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.