Dünya

600-dən çox filmdə rol alan aktrisa vəfat etdi - FOTO

9 Dekabr 2023 08:22
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lilavati kimi tanınan hind aktrisası Lila Kiran 86 yaşında dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, Lilavatinin ölümünə yaşla bağlı xəstəliklər səbəb olub.

Qey olunur ki, aktrisa karyerası ərzində 600-dən çox filmdə rol alıb.

Hindistanın Baş naziri Narendra Modi Lilivatinin vəfatı ilə bağlı başsağlığı verib. Modi onu kino ikonası adlandırıb.

"Əfsanəvi kino ulduzu Lilavatinin vəfatını eşitmək məni çox kədərləndirir. Kino sənətinin əsl simvolu olan aktrisa bir neçə filmdə çoxşaxəli ifaları ilə ekranı bəzəyib. Onun müxtəlif rolları və diqqətəlayiq istedadı həmişə xatırlanacaq və bizləri heyran edəcək", - deyə Modi öz "X" (keçmiş "Twitter") hesabında yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.