Dünya

Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturu aşkarlandı - FOTOlar

8 Dekabr 2023 18:04
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturunu aşkar etdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdaifə Nazirliyinin sözçüsü, briqada generalı Daniel Haqari "X" səhifəsində məlumat verib. Onun sözlərinə görə, axtarışlar zamanı universitetin həyətindən başlayan və təxminən bir kilometr  uzaqlıqdakı məktəbə qədər gedib çıxan yeraltı marşrut aşkarlanıb.

"İsrail ordusunun əsgərləri Şatti xəstəxanası yaxınlığında müşahidə məntəqəsindəki axtarışlar zamanı isə 200-ə yaxın radio, onlarla kamera və silah-sursat aşkar edib", - deyə Haqari əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.