Dünya

Putin uşaqlıq xatirələrini BÖLÜŞÜB: “Anam məni küncə qoyurdu” - VİDEO

5 Dekabr 2023 22:50
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın uşaq və gənclər hərəkatı "Birinci Hərəkat"ın müşahidə şurasının iclasında maraqlı anlar yaşanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, ölkə başçısı Vladimir Putin çıxış edərək uşaqlıq xatirələrini bölüşüb.

"Ailəmizin şəxsi məsələsini açmayacam, amma bir dəfə anam məni cəzalandırmaq üçün küncə qoydu. Heç xatırlamıram hansı səbəbdən amma o gedib-gəlib mənə qəzəbli baxışlarla baxıb "üzr istəyəcəksən, yoxsa yox?" deyə soruşurdu. 
Təfərrüatlara keçməyəcəm, amma həmin hadisə 1:1 hesablı bərabərliklə bitdi. Sonda anam özü məni küncdən götürüb öpüb qucaqlamağa başladı", - deyə Rusiya lideri qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.