Dünya

MOSSAD-a xəbərdarlıq: MİT zarafat etmir

5 Dekabr 2023 12:21
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Türkiyədə HƏMAS üzvlərinə qarşı mümkün təqibləri fonunda Türkiyə kəşfiyyatının MOSSAD-a etdiyi xəbərdarlıq zarafat deyil, ciddi bəyanatdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib.

"Türkiyənin mövqeyi əvvəldən bəllidir. İsrailin əsas taktikası özünü olduğundan daha güclü göstərməkdir. Bu, doğrudanmı belədir? Xeyr. Diqqət yetirirsinizsə, Qəzza hadisələrinin başlanğıcında kəşfiyyatın zəif olduğu bir dövr var idi", - o bildirib.

Onun sözlərinə görə, Ankara İsrail tərəfinə ciddi xəbərdarlıq edib:

"İki ölkə arasında heç bir fikir mübadiləsi aparılmadan mühakimə yürütmək MOSSAD-ın imkanları xaricindədir. MİT (Türkiyə Milli İstehbarat Təşkilatı - red.) zarafat etmir. Xəbərdarlıq bunu göstərir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.