İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Püskürmə nəticəsində vulkan külü 3 min metr hündürlüyə qədər qalxıb.
Məsul qurumlar sakinlərə və ziyarətçilərə kraterin 3 kilometr radiusuna qədər yaxınlaşmağı qadağan edib və ikinci ən yüksək xəbərdarlıq səviyyəsi təyin edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun