Dünya

Putindən fərman: Rus ordusunun sayı artırıldı

1 Dekabr 2023 23:03
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat sayı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib.

Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.