Dünya

İran heyəti BƏƏ-dəki sammiti tərk etdi

1 Dekabr 2023 16:04
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran nümayəndə heyəti bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitini tərk edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə sammitdə iştirak edən İranın energetika naziri Əli Əkbər Mehrabian məlumat verib.

Mehrabianın sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoq sammitə qatıldığı üçün ayrılmağa qərar veriblər.

"İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsilə bağlı iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq sammiti tərk etmək qərarına gəldik", - nazir vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.