Dünya

Dominikanda vəbaya yoluxanların sayı artır

1 Dekabr 2023 08:13
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dominikan Respublikasının cənubundakı Barahona əyalətində həkimlər tərəfindən vəbaya azı 29 yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prensa Latina agentliyi məlumat yayıb.

Yoluxmuş 26 nəfər Haiti vətəndaşı, daha üç nəfər isə yerli sakindir. Dominikan Respublikasının Səhiyyə Nazirliyi bildirir ki, vəba əleyhinə peyvənd proqramı çərçivəsində 67 mindən çox peyvənd çatdırılıb və daha 50 min doza dərman alınması planlaşdırılır.

Ötən il Dominikanın qonşusu Haitidə vəba epidemiyası başlayıb. Bu xəstəlikdən mindən çox insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.