Dünya

Arvadının zarafatı baha başa gəldi: Kişinin cinsiyyət orqanı...

28 Noyabr 2023 23:51
Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qısqanc arvad Moskva sakinini cinsi orqansız qoyub.

Milli.Az lent.az-a istinadən bildirir ki, evli cütlük axşamı evdə spirtli içki ilə keçirib. Bir anda arvad qısqanclıq hiss etməyə başlayıb. Ərini zina etməkdə günahlandıraraq, ona sədaqət kəməri taxıb və açarı atıb.

Tezliklə kişinin penisi şişməyə başlayıb və bənövşəyi olub. Kilidi açarsız açmaq mümkün olmayıb, tapmaq da mümkün deyilmiş. Sonda qorxuya düşən cütlük xəstəxanaya gedib.

Həkimlər bildiriblər ki, kişinin təcili olaraq cinsiyyət orqanının və xayasının amputasiyasına ehtiyac var. Cihazın penis üzərinə qoyulduğu andan amputasiyaya qədər cəmi bir neçə saat keçib.

Əməliyyat uğurla başa çatıb. Kişinin həyatı üçün təhlükə yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.