Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən Paris meri Ann İdalqo ətrafında siyasi qalmaqal yaranıb.
Milli.Az Caliber.az-a istinadən xəbər verir ki, bu yaxınlarda o, həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri dövlət büdcəsindən ödənilib.
Lakin səfərin işgüzar hissəsi cəmi bir həftə davam edib. İdalqo səyahətinin ikinci həftəsindən yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət etmək üçün istifadə edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videoları yerləşdirib.
Bu azmış kimi, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.
Maraqlıdır ki, son zamanlar erməni maraqlarına xidmət edənlər nədənsə bir qayda olaraq korrupsiya qalmaqalına tuş gəlirlər. Bu baxımdan, müxtəlif dini təşkilatların "ianələrini" öz hesabatında əks etdirməyən Baronessa Kerolayn Koksu, Avropa Parlamentinin üzvü, böyük "Qatargayt" qalmaqalında əli olan və axtarış zamanı evində əskinaslarla dolu çantalar tapılan Yeva Kaylini və təbii ki, 2024-cü ilin mayında dörd cinayət işi üzrə mühakimə olunacağı gözlənilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendesi xatırlamaq yerinə düşər.
Qeyd edək ki, erməni diasporunun lobbiçilərə xərclədiyi pullar da, yumşaq desək, tam şəffaf mənbədən əldə olunmayıb. Xüsusilə, Avropanın ən böyük erməni lobbi təşkilatı olan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFSD) Afrikanın münaqişə bölgələrindən Belçikaya rəngarəng brilyant qaçaqmalçılığından qazanc əldə edən özəl şirkət tərəfindən maliyyələşdirilir.
Maraqlıdır ki, Ermənistanı müdafiə edən insanlar "ədalət", "insan haqları", "demokratiya" kimi sözlər işlətməyi çox sevir, lakin mahiyyətcə korrupsioner məmur olmaları ilə seçilirlər. Bu ikiüzlülük erməni ideyasının özü ilə heyrətamiz dərəcədə uyğunlaşır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib





