Dünya

Ordu 60-dan çox terrorçunu məhv etdi

27 Noyabr 2023 19:20
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Burkina-Faso ordusu ölkənin şərqində silahlı terror qruplaşmalarının 60-dan çox yaraqlısını məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Kulpeloqo əyalətində silahlı qüvvələrin bölmələri ilə terrorçular arasında toqquşmalar baş verib.

Yaraqlılar Konqlore kəndinə hücum edib, buna cavab olaraq hərbçilər hücum əməliyyatına başlayıb və nəticədə kəşfiyyat xidmətləri tərəfindən axtarışda olan 10-a yaxın komandir də daxil olmaqla 63 terrorçu məhv edilib.

Qeyd edək ki, Burkina-Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.