Dünya

Almanların 73 faizi hökumətdən narazıdır - SORĞU

25 Noyabr 2023 23:19
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada sosioloji sorğuda iştirak edənlərin 73 faizi kansler Olaf Şolts hökumətinin işindən narazı olduqlarını bildiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sorğunu "Insa" sosioloji institutu keçirib.

Qeyd olunub ki, əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, O.Şoltsun daxil olduğu Almaniya Sosial Demokrat Partiyası (SPD) cəmi 16 faiz, Azad Demokrat Partiyası (FDP) isə 6 faiz səs toplayacaqdı. Hakim partiyalar birlikdə səslərin cəmi 34 faizini toplaya bilərdilər. Bu Bundestaqa keçirilmiş son seçkilərin nəticələrindən 18 faiz azdır.

Almaniyada hakim koalisiyaya daxil olan "Birlik-90/yaşıllar" partiyasının populyarlıq reytinqi son beş ilin ən aşağı səviyyəsinə düşüb. Respondentlərin yalnız 12 faizi "yaşıllar"a səs verməyə hazırdır. Partiyanın reytinqi sonuncu dəfə 2018-ci ilin ortalarında bu səviyyədə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.