Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədirxan Bəbirov vəfat edib.
Şəhidin qardaşı oğlu Cabir Bəbirov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əmisi 1998-ci ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Onun nəşinin qalıqları isə 2004-cü ildə tapılaraq avqustun 19-u ailəsi tərəfindən dəfn edilib.
Maraqlıdır ki, atası Bədirxan Bəbirov da düz 21 il sonra - 2025-ci il avqustun 19-da vəfat edib.
Milli.Az