Antibiotiklə "yola getməyən" qidalar - ürəkbulanma, qusma...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Antibiotik qəbul edərkən bəzi qidalardan imtina etmək tövsiyə olunub.
Milli.Az xəbər verir ki, rusiyada fəaliyyət göstərən pediatr Aygül İsrafilova bildirib ki, antibiotiklər orqanizmin bakterial infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin yanlış qidalanma onların təsirini azalda bilər.
Onun sözlərinə görə antibiotik qəbul edərkən süd məhsullarından, alkoqollu içkilərdən, turş meyvə və şirələrdən, çox şəkərli və lifli qidalardan uzaq durmaq lazımdır.
Həkim izah edib ki, süd, yoqurt və pendirdəki kalsium bəzi antibiotiklərlə birləşərək onların qana sorulmasını azaldır və nəticədə təsirini zəiflədir. Alkoqol isə ürəkbulanma, qusma, başgicəllənmə, yuxululuq kimi əks təsirləri gücləndirir və qaraciyərə əlavə yük salaraq orqanizmin müqavimətini azaldır.
İsrafilova əlavə edib ki, qreyfrut, portağal, limon kimi turş meyvələr və onların şirəsi bəzi antibiotiklərin parçalanmasını ləngidir, bu da dərmanın qanda həddindən artıq yığılmasına və yan təsirlərin artmasına səbəb ola bilər. Şəkəri çox olan banan, üzüm, xurma, qaysı kimi meyvə və quru meyvələr bağırsaqda zərərli bakteriya və göbələklərin artmasına şərait yaradır və antibiotiklərin yaratdığı disbalansı gücləndirir. Çox lifli qidalar isə antibiotiklərin orqanizmdən tez xaric olmasına gətirib çıxararaq onların effektini azaldır.
Mütəxəssis xəstələrə həmişə həkimin təyin etdiyi qaydalara riayət etməyi, dərmanların təlimatını diqqətlə oxumağı və hansı qidalardan uzaq durmaq lazım olduğunu həkim və ya əczaçı ilə dəqiqləşdirməyi tövsiyə edib. O, həmçinin antibiotik qəbulundan sonra bağırsaq mikroflorasını bərpa etmək üçün pro- və prebiotiklərdən istifadəni məsləhət görüb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
-
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
-
Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?
XƏBƏR LENTİ
-
Pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
-
Təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşdu
-
“Qarabağ”ın futbolçusuna ağır cəza - 3 oyunluq uzaqlaşdırıldı
-
Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var
-
Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib - (Foto)
-
Hər şeyə hazır olmalıyıq
-
AFFA 4 klubu cərimələdi
-
Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
-
Ermənistan Azərbaycana nə ixrac edəcək? - Açıqlama
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
19 aptekdə nöqsanlar aşkarlandı
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Rusiyada hərbçiyə silahlı hücum: Zabit sinəsindən və üzündən vuruldu
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
-
Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə dələduzluq edənlərə 7 il həbs verildi
-
“Meta” yeni süni intellekt modelini istifadəyə verib
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək





