Hadisə

"Go!" içib "Mərkəzi Bazar"a getdilər, 1300 manatlıq siqaret oğurladılar

19 Avqust 2025 17:56
Baxış: 407
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mingəçevirdə fəaliyyət göstərən "Mərkəzi Bazar"da oğurluq hadisəsi baş verib. 

Milli.Az qayanrinfo.az-a istinadən xəbər verir ki, bazarda tütün məmulatlarının topdan satışını həyata keçirən köşkdən 1300 manat dəyərində müxtəlif markalı siqaretlər, 1 ədəd "Samsung A3" markalı mobil telefon və 25 manat 35 qəpik pul oğurlanıb. 

Köşkün sahibi dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb. Onlar biri yetkinlik yaşına çatmayıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğruluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. 

Təqsirləndirilən şəxslərin ifadələrindən məlum olub ki, onlar "Go!" içkisi içdikdən sonra "Mərkəzə Bazar"a gediblər. Oğruluq planını orada qurublar. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən birinə 1 il 11 ay 26 gün, digərinə isə 11 ay 26 gün müaddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.