İqtisadiyyat

Hadrutda 4,6 milyon manatlıq layihə...

19 Avqust 2025 20:13
Baxış: 541
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın azad edilmiş ərazilərində tikinti-quraşdırma, bərpa işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Milli.Az-ın məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.

Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qeyd olunan işlərin 4,6 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.