Kriminal

İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi

19 Avqust 2025 20:20
Baxış: 587
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən,  Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə  İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.