Dünya

“Qanuni oğru”nun 720 mənzili dövlətə təhvil verildi - FOTO

22 Noyabr 2023 14:54
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğız "qanuni oğru"nun 720 mənzili könüllü olaraq dövlətə təhvil verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik"in Qırğızıstan bürosu məlumat yayıb.

Kriminal dairələrdə Kamçı Asanbek kimi tanınan "qanuni oğru Kamçı Kolbayevə məxsus 720 mənzil onun ailə üzvləri tərəfindən könüllü olaraq dövlətə verilib. Həmin evlərin dövlət ipotekası yolu ilə vətəndaşlara satılacağı planlaşdırılır.

Həmçinin əlavə olunub ki, müxtəlif tikililər, torpaq sahələri, sahibkarlıq subyektlərindəki paylar və yüzlərlə avtomobili də təhvil verilib.

Xatırladaq ki, mütəşəkkil cinayətkar dəstənin başçısı Kamçı Kolbayevə ötən ayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı həbs olunarkən silahlı müqavimət göstərib və öldürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.