Dünya

Ərəb dövlətləri Mahmud Abbasın istefasını istəyir

21 Noyabr 2023 18:09
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körfəz ölkələri münaqişənin sona çatmasından sonra Qəzzaya maliyyə yardımı etməyə hazırdırlar, lakin Fələstin Milli Administrasiyasında əhəmiyyətli islahatlar aparılmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb.

Məlumata görə, Fars körfəzinin ərəb ölkələrinin gözlədiyi dəyişikliklər Fələstin rəhbərliyinin dəyişməsini də özündə ehtiva edir:

"Fələstinin müttəfiqləri Qəzzanın yenidən qurulmasına dəfələrlə böyük sərmayə qoyublar və onlar sərmayələrinin yenidən boşa çıxacağından qorxurlar. Daha bir şərt ondan ibarətdir ki, İsrail Fələstin probleminin həlli ilə bağlı hazırlanan yol xəritəsinin qəbuluna razılıq verməlidir".

İsrail və ərəb ölkələrinin rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.