Dünya

Zelenski: “Bu, olmasa, geri çəkiləcəyik”

17 Noyabr 2023 19:23
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində deyib.

"Hazırda diqqətimizi Qərbdən kömək almağa yönəltmişik. Yaxın Şərqdəki duruma və digər səbəblərə görə onların fikri dəyişir. Dəstək olmasa, geri çəkiləcəyik", - bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, Rusiya onu hakimiyyətdən kənarlaşdırmağa çalışır: "Əlimizdə bununla bağlı kəşfiyyat məlumatları var. Rusiya ölkəmizdə xaos yaratmağa hazırlaşır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. V. Zelenski daha əvvəl söyləmişdi ki, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.