Dünya

Türkiyəli məşhur aparıcı vəfat etdi

17 Noyabr 2023 07:39
Baxış: 1 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aparıcı və yazıçı Metin Uca 62 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Ucanın ölüm xəbərini meneceri Kübra Kalem Baykara sosial şəbəkədə açıqlayıb.

"Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır", - menecer yazıb.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda avtomobil sürərkən aparıcının vəziyyəti anidən pisləşib və o, qəza törədib. Onun şah damarlarının tıxanmış olduğu ortaya çıxıb.

Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına "Anadolu" agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra "Kanal D", "Show TV", ATV və "Star TV"də davam etdirib. O, ilk növbədə, "Passaparola" verilişinin aparıcısı kimi tanınıb. Uca yazıçı kimi bir neçə kitabın müəllifidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.