Dünya

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

15 Noyabr 2023 15:18
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa məhkəməsi Suriya hakimiyyətinin başçısı Bəşşar Əsədin həbsi ilə bağlı order verib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "France Press" agentliyi yayıb.

Bildirilib ki, bu qərar 2013-cü ildə Suriyada kimyəvi silah tətbiq edildiyi üçün qəbul olunub.

Məlumata görə, kimyəvi silah tətbiqinə dair 4 order verilib. Bəşşar Əsədlə yanaşı, qardaşı, Suriya Respublika Qvardiyasının komandanı, Maher Əsəd və adlarını agentliyin dəqiqləşdirə bilmədiyi daha 2 generala qarşı bu ittiham irəli sürülüb.

Bildirilib ki, onların dördü də insanlığa qarşı və müharibə cinayətlərində iştirakda ittiham olunur. Rəsmi Dəməşq hələlik Bəşşar Əsədə qarşı həbs qərarına münasibət bildirməyib.

Qeyd edək ki, Suriyada kimyəvi silahların istifadəsi ilə bağlı ilk xəbərlər 2012-ci il dekabrın 23-də yayılıb. Suriya müxalifətinin bildirdiyinə görə, Homs şəhəri ətrafında - Əl-Baydada hökumət qüvvələrinin kimyəvi hücumu nəticəsində 6 nəfər ölmüşdü. 2013-cü ilin iyulunda BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Serri bildirmişdi ki, BMT Katibliyinə Suriyada kimyəvi silahın tətbiqinə dair 13 məlumat daxil olub. Bir ay sonra Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) ekspertləri daha beş hadisəni təsdiqləyiblər. Bunlardan ən faciəlisi 2013-cü il avqustun 21-də əhalinin sıx məskunlaşdığı Dəməşqin ətrafı Şərqi Qutada baş verib. İçərisində sinir qazı sarin olan mərmilər yüzlərlə uşaq da daxil olmaqla 300-1700 nəfərin həyatına son qoyub. Sərhədsiz Həkimlər Təşkilatı qurbanların ümumi sayını 3,5 min nəfər olduğunu bildirmişdi.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.