Dünya

Yer kürəsi fəlakətin bir addımlığında: Bu buzlaqlar elə sürətlə əriyir ki...

20 Noyabr 2023 05:02
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Himalay buzlaqları indiyə qədər qeydə alınan ən sürətli göstərici ilə əriməyə başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, CBS News-un məlumatına görə, planetimiz həddindən artıq istiləşməyə davam edərsə, temperaturun orta hesabla 4 dərəcə selsi artması bu əsrin sonuna qədər Himalay buzlaqlarında buzun 80%-ə qədərinin ərirməsinə səbəb ola bilər.

Hindukuş Himalay bölgəsindəki buzlaqların 2010-cu illərdə əvvəlki onillikdən 65% daha sürətli əridiyini bildirən yeni ICIMOD hesabatında belə bir xəbərdarlıq var. Hindukuş bölgəsi 16 Asiya ölkəsindən axan 12 çayı qidalandıraraq 2 milyarda yaxın insanı şirin su ilə təmin edir. Buzlaqların əriməsi onlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, daşqınlara, sürüşmələrə, uçqunlara və məhsul itkisinə səbəb olacaq.

Alimlər öz növbəsində planetimizin həddindən artıq istiləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar:

"Hələ də açıq pəncərəmiz var... İstixana qazı emissiyalarının azaldılmasına ciddi yanaşmaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.