Dünya

Fransada pandemiyadan sonra yoxsulluğun səviyyəsi artıb

15 Noyabr 2023 07:05
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada yoxsulluq həddində yaşayan insanların sayı 2021-ci ildə COVID-19 epidemiyasından sonra 500 mindən çox artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun hesabatında deyilir.

Hesabata görə, 2021-ci ildə 9,1 milyon insan yoxsulluq həddində yaşayıb. 2020-ci ildə bu rəqəm 8,5, pandemiyadan əvvəl 2019-cu ildə isə 8,9 milyon nəfər olub.

İşsizlər arasında yoxsulluq həddində olanların xüsusi çəkisi 2021-ci ildə 1,9 faiz artaraq 35,1%-ə çatıb, məşğul olanlar arasında isə vətəndaşların 7,4%-i yoxsul hesab edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.