Dünya

“Yatmış gözəllər: modanın oyanışı” - 2024-cü ilin planı açıqland

14 Noyabr 2023 02:20
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metropolitan İncəsənət Muzeyi Kostyum İnstitutu 2024-cü il üçün planlarını açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, növbəti sərginin və müvafiq olaraq mayda keçiriləcək "Met Qala"nın mövzusu "Yatmış gözəllər: modanın oyanışı"dır. Sərgi XVII əsrdən bu günə qədər olan 400 illik geyim tarixini əhatə edəcək. Buraya kövrək olduğu üçüb geyinilməsi mümkün olmayan 50 arxiv əşyası daxildir.

Müasir texnologiyalar sərgi ziyarətçilərinə eksponatlarla daha yaxından tanış olmağa kömək edəcək. Təşkilatçılar video animasiya, işıq proyeksiyası, kompüter qrafikası, xüsusi səs dizaynı və "hər bir əsərin kontekstini anlamağa kömək edəcək" sensor stimullaşdırmanın digər formalarından istifadə etməyi planlaşdırırlar.

"Moda bədənlə əlaqəsinə görə ən emosional sənət növlərindən biridir. O, yaddaş və emosiya ilə doludur və biz hisslərimiz vasitəsilə bir çox cəhətdən onunla bağlıyıq. Ümid edirəm ki, bu şou dəb haqqında duyğusal anlayışı inkişaf etdirər", - kostyum institutunun kuratoru Endryu Bolton açıqlamasında bildirib.

Qeyd edək ki, "Met Gala" ənənəvi olaraq mayın ilk bazar ertəsi baş tutur. Xatırladaq ki, bu il sərgi və bal Karl Lagerfeldin moda irsinə həsr olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.