Dünya

ABŞ-a məxsus təyyarə qəzaya uğradı - Ölənlər var

12 Noyabr 2023 20:40
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aralıq dənizinin şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 ABŞ hərbçisi həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-a məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

"Hərbi təlimlər çərçivəsində müntəzəm yanacaq doldurma zamanı beş hərbçinin olduğu Amerika hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan beş hərbçinin hamısı həlak olub", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.