Dünya

Roma Papası: Onlara təcili yardım göstərilməlidir

12 Noyabr 2023 18:57
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın Şərqdə silahlar dayanmalıdır. Bu, heç vaxt sülh gətirməyəcək və münaqişə genişlənməməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi "Angelus" duası zamanı çıxışında deyib.

"Fələstində və İsraildə vəziyyət çox ciddidir. Münaqişədən əziyyət çəkənlərə, fələstinlilərə və israillilərə yaxınlığımı bildirirəm. Bu qaranlıq anda onları qucaqlayıram və çox dua edirəm. İstər xristian, istər yəhudi, istər müsəlman, hər hansı xalqdan və dindən olan hər bir insan müqəddəsdir, Allah yanında əzizdir və sülh içində yaşamaq hüququna malikdir", - deyə Papa Fransisk vurğulayıb.

Roma Papası Qəzzaya humanitar yardımların davam etdirilməsinə və girovların azad olunmasına çağırış edib: "Qəzzada yaralılara təcili yardım göstərilməli, mülki şəxslər qorunmalı və bu tükənmiş əhaliyə daha çox humanitar yardım çatdırılmalıdır. Aralarında çoxlu qoca və uşaqların da olduğu girovlar azad edilməlidir. Ümidimizi itirməyək, dua edək və yorulmadan çalışaq ki, insanlıq hissi qəlblərin sərtliyindən üstün olsun".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.