Dünya

Ölümlə nəticələnən yol qəzası törədən nazir vəzifəsindən azad edildi

11 Noyabr 2023 22:22
Baxış: 1 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyanın baş naziri Andrey Plenkoviç prokurorluğun bir nəfərin öldüyü, nazirin özünün isə ağır yaralanması ilə nəticələnən qəzaya görə müdafiə naziri Mario Banoziçi vəzifəsindən azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiya polisinin verdiyi məlumata görə, səhər tezdən Vinkovçi şəhərinin çıxışında iki avtomobil toqquşub, nəticədə bir nəfər ölüb, daha biri isəağır yaralanıb. Avtomobillərdən birini idarə edən nazir Mario Banoziç müxtəlif xəsarətlərlə Vinkovçidəki xəstəxanaya, daha sonra Osijek Klinik Mərkəzinə aparılıb. Prokurorluqdan bildirilib ki, qəza minik avtomobilinin sürücüsünün manevrin təhlükəsiz olmasına əmin olmadan yük avtomobilini ötməyə başlaması və nəticədə ikinci ilə toqquşması nəticəsində baş verib. Vukovar rayon prokurorunun müavini Bilyana Luburiçin sözlərinə görə, avtomobillərin sürəti hələ müəyyən edilməyib və sürücülərin qanında alkoqol testlərinin nəticələri də gözlənilir.

Banoziçin vəzifələrini müvəqqəti icra etmək Müdafiə Nazirliyinin dövlət katibi Zdravko Yakopa tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.