Dünya

Tacikistanla İran arasında önəmli memorandum imzalandı

8 Noyabr 2023 20:37
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında memorandum imzalayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə iki ölkənin prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin Düşənbədəki Millət Sarayında sənədə imza atıblar.

Tərəflər ilk dəfə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən ikitərəfli görüşdə bu barədə razılığa gəliblər.

Hazırda Tacikistandan İrana yalnız rəsmi və diplomatik pasport sahibləri vizasız gedə və orada bir aydan çox qala bilər.

Xatırladaq ki, bu gün Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. O, ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory