Dünya

Fidan buna görə Blinkeni qucaqlamağı rədd etdi - VİDEO

7 Noyabr 2023 11:24
Baxış: 4 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ Dövlət katibi Entoni Blinkeni qucaqlamaqdan imtina etməsinə səbəb Amerika diplomatiya rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizlik olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Fidan və Blinkenin görüşündən kadrlar Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur:

"Görüşdə əl sıxışmadan sonra Blinken bir addım irəli ataraq Fidanı qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri çəkilərək dövlət katibinin əlini sıxmağa davam edir. Blinkenin maşını Türkiyə XİN-in binasına çatanda Fidan maşından düşüb nazirliyin qapısı qarşısında dayanır - hər gələn qonağı nazir belə qarşılayır. Telefonla danışan Blinken maşından düşməyincə Fidan binaya qayıdıb. Fidan Blinkenin diplomatik nəzakətsizliyinə cavab olaraq ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdini rədd edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.