Dünya

Quru əməliyyatı başlayandan bəri Qəzzada ölən israilli əsgərlərin sayı açıqlanıb

6 Noyabr 2023 11:02
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quru əməliyyatı başlayandan sonra Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İDF-nin 401-ci Zirehli Batalyonunun 22 yaşlı çavuşu noyabrın 5-də Qəzzada gedən döyüşlər zamanı həlak olub və bununla da quru əməliyyatının başlanmasından bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı 30-a çatıb.

O da bildirilir ki, son 24 saat ərzində Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri ağır yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.