Dünya

Bu ölkədə tiryək əkini 95% azalıb

6 Noyabr 2023 10:40
Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatı tərəfindən qadağa tətbiq edildikdən sonra Əfqanıstanda tiryək əkininin həcmi 95% azalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu məlumatı noyabrın 5-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi verib.

Onların hesabatında qeyd olunur ki, 2022-ci ilin aprelində "Taliban" narkotik bitkilərin yetişdirilməsini qadağan edib və qanunu pozanları şəriət qanunlarına uyğun olaraq cəzalarla hədələyib.

Nəticədə tiryək üçün ayrılan sahə 2023-cü ildə 233 min hektardan 10 min hektaradək azalıb. Bu, ölkədə tiryək istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub - 6000 tondan 333 tona qədər.

Qeyd olunur ki, 2023-cü ilə qədər tiryək məhsullarının ixracı Əfqanıstana ölkənin bütün qanuni ixracından daha çox gəlir gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.