Dünya

Doğma qızını girov götürdü - Türkiyəyə uçmaq istəyir

5 Noyabr 2023 11:38
Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.

Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.

Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.

Hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir. Belə ki, onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edib. Kişinin tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.