Dünya

Almaniyada polis “qıtlığı” yaşanır

4 Noyabr 2023 23:55
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya polisinin həmkarlar ittifaqı Fələstinə dəstək aksiyalarının sayının artması fonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının kifayət qədər şəxsi qüvvəsinin olmadığını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə həmkarlar ittifaqının saytında dərc olunan məlumatda deyilir.

Həmkarlar İttifaqından qeyd ediblər ki, əməliyyat xidmətlərinin yükü pik həddə çatıb. "Həmkarlarımız mənəvi və fiziki cəhətdən tükəniblər. Biz öz gücümüzlə bunun öhdəsindən gələ bilmirik, Almaniya hökuməti və federal torpaqların hakimiyyət orqanlarından təkcə bu həftə sonu deyil, həm də 9 və 18 noyabr tarixlərində dəstək istəyirik", - bəyanatda vurğulanır.

Qeyd edək ki, son həftələrdə bütün Almaniya ərazisi üzrə Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən mitinqlərdə 1,2 mindən çox müxtəlif növ qanun pozuntusu qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.