Dünya

Qəzzada məktəb binası bombalandı - Ölən və yaralananlar var

4 Noyabr 2023 07:10
Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzzada məktəb binasına bombalı hücum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Əl-Cəzirə"nin məlumatına görə, hücum nəticəsində 20-dən çox adam ölüb, onlarla insan yaralanıb.

"Əl-Qahira ai-İhbariya" telekanalı isə azı 50 nəfərin yaralandığını bildirib. Məktəb binasının içərisində anklavda gərginliyin artması səbəbindən evlərini tərk etməyə məcbur olan fələstinlilər olub.

Telekanalın məlumatına görə, hücum Fələstin zolağının inzibati mərkəzi olan Qəzzanın şimal hissəsində Əl-Səftavi bölgəsində yerləşən məktəbə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.