Dünya

Ərsin Tatar TDT-nin Zirvə görüşündə niyə yox idi?

3 Noyabr 2023 22:40
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ərsin Tatar Astanadakı Zirvə toplantısında yox idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarlamışdı:

"Azərbaycan Prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarı olduğunu bildirib. Görünür, Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər".

Kuzey Kıprısın türk birliyindən kənarda qalmasını doğru saymayan politoloq gələn il baş tutacaq görüşdə bu məsələnin həll olunacağına inamını ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.