Dünya

Bayden İsrailə yardım qanununa veto qoyur

1 Noyabr 2023 08:30
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər ABŞ Nümayəndələr Palatası İsrailə yardımın ayrılması ilə bağlı qanun layihəsini qəbul edərsə, o zaman prezident Co Bayden belə bir qərara veto qoyacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin Büdcə İdarəsinin məlumatında deyilir.

ABŞ administrasiyası hesab edir ki, İsrail və Ukraynaya 105 milyard dollarlıq yardım tələbini bölüşdürməyi təklif edən respublikaçı konqresmenlər ikitərəfli əsasda nəzərdən keçirilməsi zəruri olan məsələni siyasiləşdirirlər.

Ağ Ev vurğulayıb ki, İsrailə yardım tələbinin digər milli təhlükəsizlik prioritetlərindən ayrılması qlobal nəticələrə səbəb olacaq. Ona görə də Baydenə belə bir layihə təqdim olunarsa, ona veto qoyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.