Dünya

Əgər HƏMAS-la atəşkəs olarsa... - Netanyahu

31 Oktyabr 2023 08:55
Baxış: 1 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Qəzzada atəşkəslə razılaşmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi brifinqdə bildirib.

Netanyahu hesab edir ki, atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir:

"Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından sonra və ya 11 Sentyabrda atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş vermiş dəhşətli hücumdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq".

Qeyd edək ki, Yaxın Şərqdə müharibə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə irimiqyaslı raket zərbəsi endirməsindən və HƏMAS döyüşçülərinin sərhədyanı ərazilərə daxil olmasından sonra başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.