Dünya

Litva Belarusa nota verdi

30 Oktyabr 2023 22:18
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveykonun Litva ilə bağlı sözlərinə cavab olaraq diplomata etiraz notası təqdim edilib.

"Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da tamamilə qəbuledilməzdir", - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Pavel Muraveyko sonuncu müsahibəsində bildirib ki, Litva üzərindən güc yolu ilə dəhliz yaradılması dünyada pislənməyəcək. Onun sözlərinə görə, indiki vəziyyət fərqlidir və Minsk artıq Qərbin ciddi təzyiqlərinə müqavimət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.