Dünya

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

28 Oktyabr 2023 08:45
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Bu mərhələdə rus işğalçıları Avdeyevkada dayanmayacaq: yalnız yeni hücum dalğası onlara uğur gətirməsə, digər yerlərdəki problemləri nəzərə alaraq, Avdeyevka macərasını dayandıra bilərlər", - Kovalenko deyib.

O qeyd edib ki, Avdeyevka yaxınlığında ruslar hərbi-sənaye kompleksinin indi bir ay ərzində istehsal etdiyi texnika qədər texnikanı itiriblər:

"Yəni, Avdeyevka hücumu itkilərin ödənilməsinin aylıq prosesində ciddi disbalans yaradır".

O əlavə edib ki, növbəti üç həftə ərzində rusların uğursuz hücumlar nəticəsində itkiləri kompensasiya etmək üçün tərtib etdikləri resursları tükənəcək və dilemma ilə üzləşəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.