Dünya

Bayden Suriyaya zərbələr endirməyi əmr edir

27 Oktyabr 2023 07:28
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden hərbi qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyada İran hədəflərinin olduğu iddia edilən nöqtələrə zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Rəsmi Vaşinqton vurulan iki obyektin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.

Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil.

Əməliyyat özünümüdafiə məqsədi ilə həyata keçirilib və onlara cavab olub.

17 oktyabrdan Suriya və İraqda ABŞ hərbçilərinə qarşı silsilə hücumlar təşkil olunur.

Pentaqon hesab edir ki, İranın dəstəklədiyi təşkilatlar bu hücumlara görə məsuliyyət daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.