Dünya

Ağ Ev elit bölməni deşifrə etdi: dərhal sildilər - FOTO

20 Oktyabr 2023 19:39
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Ev səhvən HƏMAS tərəfindən girov götürülmüş şəxsləri tapmaq və xilas etmək üçün çalışan elit ABŞ əsgərlərinin şəxsiyyətini deşifrə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin İnstaqram hesabında paylaşım edilib.

Belə ki, səhifədə Baydenin ordunun terrorla mübarizə bölməsindən bir əsgərin əlini sıxdığı anın görüntüsü paylaşılıb. Həmin fotoda ABŞ-ın "Delta Force" xüsusi təyinatlı döyüşçülərindən olan digər üç əsgərin də üzü aydın şəkildə görünüb.

Ağ Evin sözçüsü "Post" qəzetinə sözügedən fotonun bir saata yaxın səhifədə qaldığını etiraf edib. Bildirib ki, məsələdən agah olan kimi foto dərhal səhifədən silinib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.