Dünya

İsrail Rusiyanı hədələdi: Bədəlini ödəyəcəksiniz!

20 Oktyabr 2023 08:57
Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik. Bundan sonra inanın ki, Rusiya bunun bədəlini ödəyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib.

O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz.

Anlamalısınız ki, hər şeyin öz nəticəsi var. İnsanlar yəhudilərin öldürülməsinə dəstək verəndə bunun bədəlini ödəyirlər. Yəhudilərin özlərini müdafiə edə bilmədikləri dövr arxada qaldı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.