Dünya

İordaniya Baydenlə sammiti ləğv etdi

18 Oktyabr 2023 07:19
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdullah əs-Səfədi oktyabrın 18-də Əmmanda ABŞ Prezidenti Co Baydenin iştirakı ilə keçirilməsi planlaşdırılan sammitin ləğv edildiyini açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

"Əmmanda dördtərəfli sammit keçirməmək qərarına gəldik", - deyə nazir bildirib.

O, bu qərarın Misir, ABŞ və Fələstinlə məsləhətləşmələrdən sonra verildiyini izah edib.

Qeyd edək ki, oktyabrın 18-də İordaniyanın paytaxtında baş tutmalı olan görüşdə Bayden, İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Prezidenti Mahmud Abbas iştirak etməli idi.

Bundan əvvəl Mahmud Abbas Qəzzadakı xəstəxanaya raket zərbəsi nəticəsində yüzlərlə insanın ölümünə görə sammitdən iştirakdan imtina etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.