Dünya

Balasanyanla bağlı cinayət işinə xitam verildi

16 Oktyabr 2023 21:03
Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq "təhlükəsizlik şurasının katibi" olmuş Vitali Balasanyana qarşı cinayət işinə cinayət tərkibinin olmaması əsasında xitam verilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan mediasına Vitali Balasanyanın vəkili Rafael Martirosyan məlumat verib.

Müdafiə tərəfinə daxil olan məlumata görə, işdə cinayət tərkibinin olmaması səbəbindən işə xitam verilib.

Xatırladaq ki, Vitali Balasanyan xunta rejimi tərəfindən əmlak oğurluğu, qanunsuz silah, döyüş sursatı saxlama, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmə, narkotik vasitələrin saxlanması ilə ittiham olunurdu.

Əcaib olan budur ki, xunta rejimi özünü buraxdığını elan etsə də, Ermənistanda "məhkəmə tamaşası" qurur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.