Dünya

HƏMAS Fələstini təmsil etmir - Mahmud Abbas

16 Oktyabr 2023 09:05
Baxış: 1 098
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fələstin lideri Mahmud Abbas və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.

Söhbət zamanı M.Abbas bildirib ki, HƏMAS qruplaşmasının fəaliyyəti və siyasi xətti Fələstin xalqını təmsil etmir.

Abbas Maduro ilə danışığında Fələstin Azadlıq Təşkilatını "Fələstin xalqının yeganə qanuni təmsilçisi" adlandırıb.

"Prezident hər iki tərəfdən mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyib və mülki şəxslərin, məhbusların azad edilməsinə çağırıb", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.