Dünya

İsraildə yeni səhiyyə naziri fəaliyyətə başladı

15 Oktyabr 2023 19:05
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə yeni səhiyyə naziri vəzifəsi rəsmi olaraq Uriel Busoya keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlər Kabinetində dəyişiklik hərbi vəziyyətdə müxalifətin də daxil olduğu Fövqəladə Hallar Hökumətinin qurulması ilə bağlıdır.

Buso ultradini ŞAS Partiyasını təmsil edir, səhiyyə naziri postunda da bu partiyadan olan Moşe Arbeli əvəzləyib. Arbel buna qədər həm səhiyyə, həm də daxili işlər naziri vəzifəsini daşıyıb.

Qeyd edək ki, oktyabrın 14-də Baş nazir Binyamin Netenyahu Fövqəladə Hallar Hökumətinin yaradıldığını elan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.